Əsas məzmuna keç

BANM-nin rektoru ödənişsiz yataqxanaya yerləşdiriləcək tələbələr və valideynlərlə görüşüb – FOTOLAR

Yataqxanada yaşamaq üçün müraciət edən I kurs tələbələri və onların valideynləri ilə görüşdüm.
Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar qasımov sosial media hesabında bildirib.
Rektor vurğulayıb ki, yataqxanadan istifadə pulsuzdur.
“Qeyd edim ki, tələbələrimizə təhsil aldıqları müddətdə yataqxanada ödənişsiz yaşayış imkanı yaradılır.
Görüş zamanı tələbələrimizə müəyyən edilmiş davranış qaydalarına və daxili təlimatlara ciddi riayət etməyin vacibliyi tövsiyə edildi, tələbə və valideynləri maraqlandıran sualları cavablandırıldı”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bir çox ali məktəblərdə və kolleclərdə tələbə yataqxanaları ödənişlidir.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…