…Süni intelleklə ehtiyatlı olun! Dəfələrlə deyilir, amma aldanırıq, inanırıq, tora, sonra quyunun dibinə düşürük!
Budur, Braziliyada 49 yaşlı Madura adlı kişi sosial şəbəkələrdə özünü varlı fermer kimi təqdim edən qadına inanaraq bütün əmlakını satıb və onunla birlikdə yaşamaq ümidi ilə 2 min kilometrdən çox yol qət edib. “Jéssica Oliveira” adı ilə tanınan virtual obraz videolarında kişiyə onunla fermada yaşamağı və maddi təminat vəd edirdi. Lakin kişi ünvana çatanda nə fermaya, nə də qadına rast gəlib. Daha sonra onun süni intellektlə yaradılmış obraz olduğu məlum olub. Bütün vəsaitini səfərə xərcləyən kişi köməksiz vəziyyətdə qalıb. Sosial xidmətlər ona geri qayıtması üçün bilet verib.
Bəxti gətirib ki, hələ ona geri qayıtmağa yolpulu veriblər…
SƏBUHİ







