Əsas məzmuna keç

MilliNet2026-da ilk səsvermə başlanıb – 144 layihədən 100-ü müsabiqəyə qəbul olunub

26 oktyabrdan etibarən 15 münsif tərəfindən layihələrin ilkin qiymətləndirilməsinə start verilib.
Tezadlar.az xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Layihələrin qəbulu davam edir, indiyədək 9 nominasiya üzrə 144 layihə təqdim edilib, onlardan 100-ü müsabiqəyə qəbul olunub.
Layihələrin qəbulu 25 noyabradək, ilk səsvermə isə 30 noyabradək davam edəcək.
İki mərhələli qiymətləndirmənin yekununda qaliblər müəyyən olunacaq.
Mükafatlandırma mərasimi dekabrda keçiriləcək.
Bir daha MilliNet2026 Nominasiyalarını xatırladıram :
1. İlin rəqəmsal hökumət həlli
2. İlin süni intellekt həlli
3. İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli
4. İlin rəqəmsal bank, maliyyə və fintex həlli
5. İlin rəqəmsal biznes və e-ticarət həlli
6. İlin mədəniyyət, turizm və yaradıcı rəqəmsal həlli
7. İlin innovativ texnoloji həlli
8. İlin rəqəmsal media və informasiya resursu
9. İlin rəqəmsal oyunu
Xüsusi Nominasiya
10. İlin rəqəmsal siması

Layihələrinizi millinet.az resursunda qeydiyyatdan keçməklə təqdim edə bilərsiniz”, – deyə Osman Gündüz qeyd edib.

JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…