MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib. Bu barədə “Təzadlar”a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Nuruyev deyib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb. Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub. Müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dən çox müraciətə baxılıb.