Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 14:13

“Bitget Hackaton – Startap” müsabiqəsində bu universitetlərin komandaları qalib gəldi – FOTOLAR

Azərbaycan Texniki Universitetində “Bitget Hackaton – Startap” müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqəyə AzTU, BMU və AzMİU tələbələrindən ibarət komandaların “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilmişdi. Qaliblərə Bitget kripto platformasınıən təsis etdiyi xüsusi mükafatlar verilib.
TEZADLAR.AZ  xəbər verir ki,  bu barədə  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, ekspertlərin qiymətləndirməsi əsasında aşağıdakı layihələr qalib elan olunub:
“1-ci yer – 1500 $, TriftWire (AzTU) – Thriftwire istifadəçilərə blockchain və P2P modeli üzərindən sürətli və sərfəli beynəlxalq pul köçürmələri imkanı yaradır.
2-ci yer – 1000 $, RugShield (BMU) – RugShield, AI texnologiyası ilə blockchain və sosial siqnalları analiz edərək istifadəçiləri mümkün fırıldaq tokenlər barədə xəbərdar edən platformadır.
3-cü yer – 500 $, CopyStake (AzTU) – Copystake, müəlliflər olan yaradıcı şəxslərə və investorlara kripo (Bitcoin) vasitəsilə blockchain üzərindən alqı-satqı imkanı yaradan platformadır”, – deyə Osman Gündüz diqqətə çatdırıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!