Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
15:55
Sabirabadda gənc oğlan sevgilisini öldürüb.
Tezadlar.az xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.
Kənd sakini 21 yaşlı Seyidrəsul Talıbzadə qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini 16 yaşlı N.Ə.ni öldürərək Kür çayına atıb.
Hadisəni törədən Seyidrəsul Talıbzadə saxlanılıb. Axtarışlar nəticəsində qadının meyiti tapılaraq, sudan çıxarılıb.
Faktla bağlı araşdırma gedir.