Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 14:30

2024-2025-ci illərin yanvar-aprel ayları üzrə xarici ticarətin gömrük statistikası

2025-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 16 917,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 132,9 milyon ABŞ dollarını və ya 48,1%-ni ölkəyə idxal olunmuş malların, 8 784,7 milyon ABŞ dollarını və ya 51,9%-ni ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 651,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranmışdır.

Tezadlar.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcminin 2 667,9 milyon ABŞ dolları və ya 48,8% həcmində artımı qeyri-monetar qızılın həcmi ilə bağlıdır:

–      cari ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 2 527,3 milyon ABŞ dolları təşkil etmişdir;

–      qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 605,6 milyon ABŞ dolları təşkil etməklə 8,4% artmışdır;

–      xarici ticarətdə 3 179,1 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artımdır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!