Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 13:15

1,550 kq heroin ələ keçirildi, həbs var…

Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Tezadlar.az xatırladır ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.
Həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Bəli, fotoşəkildən də görünür ki, fakt hansısa sakinin mənzil qapısındakı kamerada qeydə alınıb. Hər kəs belə vətəndaş mövqeyində olsa, bu ağ ölüm faktına biganə qalmasa, bir çox problemlər vaxtında həllini tapar, bu bəlanın coğrafiyası məhdudlaşdırılar…
Elşad
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!