Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 11:30

“…Bu, DİM-in nə dərəcədə qeyri-peşəkar və məsuliyyətsiz çalışdığının göstəricisidir” – Kamran Əsədovdan irad

“Mənim imtahan sisteminə güvənim qalmayıb! “
***
Dövlət İmtahan Mərkəzi (DİM) bir daha sübut etdi ki, nə ədalət, nə şəffaflıq, nə də peşəkarlıq bu qurumun fəaliyyət prinsiplərinə daxildir. 2025-ci il buraxılış imtahanlarının nəticələri ilə bağlı minlərlə şagird haqlı olaraq narazılıq bildirdi. Apellyasiya komissiyasına edilən müraciətlərə isə DİM nəinki obyektiv yanaşmadı, hətta öz iş prinsiplərinə zidd olaraq şikayətçinin arqumentlərini dinləmədən, birtərəfli və qapalı şəkildə qərar çıxardı. Bu birbaşa iştirakçıların konstitusion hüquqlarının tapdanmasıdır!

TEZADLAR.AZ  xəbər verir ki, bu fikri tanınmış təhsil mütəxəssisi Kamran Əsədov bildirib.

Mütəxəssis DİM-in fəaliyyətini tənqid edib:
“Daha biabırçısı isə odur ki, DİM özü 2 mindən çox imtahanın səhv yoxlandığını ETİRAF ETDİ! Bu sadəcə texniki xətalar deyil – bu, minlərlə şagirdin gələcəyinə vurulan zərbədir. Bu, onların psixoloji durumuna, motivasiyasına və bəlkə də həyat yoluna müdaxilədir. 300 bal toplayan bir şagirdin belə nəticəsinin əvvəlcə yanlış qiymətləndirilməsi isə DİM-in nə dərəcədə qeyri-peşəkar və məsuliyyətsiz çalışdığını açıq göstərir.
Bu qurum artıq təkcə imtahan keçirə bilməmək kimi bir problemlə deyil, eyni zamanda düzgün yoxlama aparmaq, haqlı narazılığı dinləmək və ədalətli qərar vermək qabiliyyətinin olmaması ilə üz-üzədir. Bu sistem nə tərbiyə verir, nə də etimad yaradır. Belə bir şəraitdə “ölkədə təhsil inkişaf edir” demək, sadəcə özünü aldatmaq deməkdir.
Bu ölkədə minlərlə savadlı uşaq DİM-in laqeydliyi və savadsızlığı üzündən gələcəyini itirir. Mənim imtahan sisteminə güvənim qalmayıb! DİM islahat yolu keçməlidir!”, – deyə Kamran Əsədov qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!