Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paytaxt Məhkəməsinin qərarı ilə “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Zurab Qirçi Caparidzenin barəsində əvvəllər təyin olunmuş 20.000 lari məbləğində girov ləğv edilərək, həbs qətimkan tədbiri seçilib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, qərar hakim İrakli Şvangiradze tərəfindən qəbul olunub və bununla prokurorluğun vəsatəti təmin edilib. Qərarın elanından dərhal sonra Caparidze məhkəmə zalında qandallanaraq saxlanılıb. O, qandallanarkən ictimaiyyətə müraciətlə bildirib: “Axırda biz qalib gələcəyik.” Məhkəmə prosesi səs-küylü şəraitdə keçib. İclasda iş üzrə sübutların qəbul olunması məsələsi müzakirə olunub. Zurab Caparidzeyə qarşı irəli sürülən ittiham Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının qanuni tələblərinə əməl etməməsi ilə bağlıdır. O, komissiyanın iclasına qatılmaqdan imtina etdikdən sonra ifadə vermək üçün magistrat hakimin qarşısına çağırılmış və rəsmi şəkildə ittiham olunmuşdu. Qeyd edək ki, iş üzrə istintaq Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə aparılır. Həmin maddəyə əsasən, parlamentin istintaq komissiyasının qanuni tələblərinə əməl etməmək bir ilə qədər azadlıqdan məhrumetm