Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 12:20

Narkotikdən varlanmaq istədilər, amma özləri ələ keçdilər…

Bakıya külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər ələ keçdi. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bəs bu bağlamaları Bakıda qəbul edəcək ünvanda kimlər olub? Bax həmin ünvan ciddi nəzarətdə olmalıdır ki, bu zəhrimarı da paytaxta gətirən olmasın…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!