Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 08:29

Həbs edilən Gürcüstan vətəndaşı təhvil verildi

Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı İrakli Berdzenadze qarşı tərəfə təhvil verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib. Bu ilin fevral ayında Azərbaycanda müəyyən edilərək həbs edilən İrakli Berdzenadze Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!