Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 10:23

Müxalifətçilərin geniş mitinqi baş tutub

Paytaxtda “26 May Milli Komitəsi”nin təşkilatçılığı ilə “Gürcüstan səni yenə qoruyacaq” adlı aksiya keçirilib. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, Rustaveli prospektində toplaşan insanlara Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müraciət edib. Salome Zurabişvili Rustaveli prospektində keçirilən aksiyada çıxışı zamanı bildirib ki, əgər seçkilər hakim partiya olan “Gürcü Arzusu”nun nəzarəti və manipulyasiyası altında keçiriləcəksə, heç kim bu seçkilərdə iştirak etməyəcək. Zurabişvili qeyd edib ki, ilk növbədə parlament seçkiləri keçirilməlidir, daha sonra isə yerli seçkilər və ya hər iki seçki eyni vaxtda baş tuta bilər. Onun sözlərinə görə, bunun üçün ciddi hazırlıq aparılmalıdır. Zurabişvili əlavə edib ki, “Müqavimət Platforması” çərçivəsində seçkilər üçün yeni qaydalar hazırlanır və bu qaydalar müxalifətin əsas tələbləri olacaq. Aksiyaya Avropa Parlamentinin üzvü Rasa Yukneviciani də qoşulub.

Bu arada həbsdə olan Saakaşvili də bəyanat yayıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!