Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 12:06

Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb

Ağcabədi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənovu və bir yeniyetməni saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onların olduğu avtomobilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!