Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 13:20

11 il əvvəlki cinayətin üstü açıldı

Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətini ifşa edib.

Tezadlar.az xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və  müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!