Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olacaq. Tezadlar.az xatırladır ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə məlumat yayıb. məlum olur ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-si, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-i aralığında təqdim edilməsi planlaşdırılır. Sitat: “Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz”.
Bəs görəsən bu şagirdlərin neçəsi ali əktəblərin tələbəsi olacaq? Bu bir həyat mübarizəsidir və hər kəsə uğurlar arzu edirik.
Elşad