Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 16:13

“Badamdar Estates” Hotelin 163 min manat pulunu mənimsədi, 8 il iş aldı…

Çalışdığı müəssisənin puluna xəyanət etmək ona ağır başa gəldi. Belə ki, “Badamdar Estates” MMC- nin külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı İntizam oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Tezadlar.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dünyamalı Qarayev Yasamal rayon Prokurorluğunda “Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair aparılan araşdırma nəticəsində həbs olunub. İttihama görə, o, həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ümumilikdə 163 min manatdan artıq pulu mənimsəyib. Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Cinayət işi üzrə “Badamdar Estates” MMC zərərçəkmiş qismində tanınıb.

İndi Qarayevin bu əməlləri niyə törətməsinin səbəblərini düşünmək üçün 8 il vaxtı olacaq. Amma hər şey gecdir, bu 8 il ömürdən gedir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!