Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəqiqələrdə Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir. Tezadlar.az xatırladır ki, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb. Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbələrimiz bol olsun!