Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 12:34

Azərbaycan və Ərdəbil dəmiryolu xətləri birləşdirilə bilər

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti dəmiryolunun Azərbaycanın dəmiryoluna birləşməsinə səy göstəriləcək.

TEZADLAR.AZ  xəbər verir ki,  bunu İranın Azərbaycandakı yeni səfiri Muctaba Dəmirçilu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə ilə görüşdə bildirib.

Onun sözlərinə görə, həm dəmiryolu xəttinin birləşdirilməsi, həm də dəmiryolu terminalının tikilməsi diqqət mərkəzində saxlanılacaq.

“İran və Azərbaycan arasında qarşılıqlı münasibətlərdə Ərdəbil vilayəti əhəmiyyət kəsb edir. Bu vilayətin imkanları və potensialı iki ölkənin münasibətlərinin güclənməsində önəmli rola sahibdir”, – deyə o qeyd edib.

Qeyd edək ki, İran bir həftə öncə Azərbaycana Muctaba Dəmirçilunu İran səfiri kimi təyin edib. Yeni səfir  İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə idarəsinin baş direktoru kimi fəaliyyət göstərib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi  jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: “Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, səfirin seçilməsi ilə bağlı inzibati proses başa çatıb və sözügedən şəxs müvafiq mərhələlərdən keçmək üçün seçilib və təqdim olunub. O, təcrübəli diplomat və Avrasiya sahəsində tanınmış mütəxəssisdir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!