Əsas məzmuna keç

Azərbaycanın İrandakı səfirlik əməkdaşları ölkəni tərk edib

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.
Tezadlar.az xatırladır ki, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunmuşdur. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, artıq İsrailin İran üzərinə hərbi əməliyyatlarına ABŞ da qoşulur. Bu isə bölgədə vəziyyəti daha da kritikləşdirir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…