Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında Bakı ilə bağlı paylaşım edib. O, Azərbaycanda görüşdüyü şəxslərlə fotolarını yayımlayıb və “Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi”, -deyə yazıb.
Tezadlar.az xatırladır ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil edilmiş turnirində Taqir Ulanbekovun məşqçisi olub. Ulanbekov Maksum Azata (Qazaxıstan) qalib gəlib. Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub. Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.