Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 14:23

Daha bir köç karvanı Qarabağda ünvana yetdi

Bu gün səhər saatlarında Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Həsənriz kəndinə 40 ailə (146 nəfər) köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 130-a (452 nəfər) çatıb. Bu gün həmçinin Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan 1 ailə (4 nəfər) də kəndə çatıb. Qeyd olunan köç də daxil olmaqla, Sarıcalıya köçürülən ailələrin sayı 186 (775 nəfər) olub.

Yurda qayıdışımız mübarək!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!