…Məncə Rusiyada yaşayan azərbaycanlıların bu ölkəni tərk etməsinə yox, dövlət səviyyəsində təşkilatlandırılmasına çalışmaq lazımdır və lazım idi. Necə ki, Putin hər rusun ayağı dəydiyi yeri Rusiyanın hesab edir, Ukrayna torpaqlarını işğal edir. Azərbaycan dövləti üçün də onun hər bir vətəndaşı onun Rusiyaya təsir mexanizmi olmaqla bir bayrağı olmalıdır. Rusiyada yaşayan hər kəs özünü sancılan Azərbaycan bayrağı kimi hiss etməlidirlər.
Bu gün artıq ox yaydan çıxıb! Rusiya tərəfindən Azərbaycana qarşı siyasəti immiqrant siyasət deyil. Bu dövlət terrorudur ! Bu siyasət yaxın gələcəkdə Orta Asiya Türk Respublikalarına qarşı da aparılacaq. Ona görə də tezliklə Türk Dövlətlər Birliyi ölkələri təcili iclas çağırıb Rusiyaynın bu siyasətinə qarşı müştərək siyasət aparılmalıdırlar. Bu, xüsusən indi çox vacibdir!
Faciə ilə baş vermiş hadisələrə görə isə Azərbaycanın bu sahə ilə məsul olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və sədri Fuad Rauf oğlu Muradovun hesabatı dinlənilməlidir. Ümumiyyətlə, Rusiyada konsulluq və səfirliklərin işləri yarıtmazdır və yox dərəcəsindədir. Azərbaycanın Rusiyada fəaliyyət göstərən QHT -lər və təşkilatların işi görünmür və belə görünür ki, onların işi elə azərbaycanlıların hesabına pul qazanmaq olub.
İllərdir ki, hər dəfə belə acı mənzərələrə şahidlik edirik.
Bu günə qədər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR)-Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının bəyanatını eşitmədik.
AZERROS-Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti- Rusiya Federasiyasında fəaliyyət göstərən digər nüfuzlu Azərbaycan diaspor təşkilatı da həmçinin.
“Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyətinin ocağını kimin söndürdüyünü bilə bilmədik.
Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatından isə danışmağa dəyməz. Yəqin vaxt gələcək bu təşkilatla HMO ciddi məşğul olacaq.
ÜmumRusiya Azərbaycan Konqresi- “Azərbaycan” Cəmiyyəti, “Nizami” Cəmiyyəti, “Azəri-Dərbənd”, “Odlar Yurdu” cəmiyyətləri və s. Azərbaycanda 1 sədrdən ibarət partiyalara oxşayır və fəaliyyətləri yoxdur.
Xatırladım ki, Rusiya Federasiyasında 2,5 milyondan artıq azərbaycanlı bu ölkənin 89 subyektində məskunlaşıblar. Azərbaycanlılara qarşı yeni hücumlar təhlükəsi bu subyektlərin hər birində ola bilər.
Belə…
Baba Allahnəzərov