Əsas məzmuna keç

Yekaterinburqda RUSİYA FTX-nın vəhşicəsinə qətlə yetirdiyi qardaşların nəşi verilib

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.

TEZADLAR.AZxəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.

Daha əvvəl Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…