Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konsertdə Liz Rosa (vokal), Rikardo Fiuza (piano), Berval Moraes (bas), Ayzek Camba (zərb alətləri), həmçinin Şahin Növrəsli və Mayk del Ferro iştirak ediblər. Braziliyalı musiqiçilər festivalın mehriban ab-havasını və xoş enerjini qeyd edib, səmimi qəbula görə tamaşaçılara təşəkkür ediblər.
Bakı Piano Festival 2025 iyunun 28-də axşam başa çatıb. Paytaxt sakinlərinə və qonaqlarına müxtəlif janrlı musiqilərin səsləndiyi geniş konsert proqramı təqdim olunub. Bakı Piano Festivalı 2025 incəsənət tədbirləri, sərgilər, ədəbi müsabiqə və cem-sessiyaları əhatə edirdi. Festivalın xüsusi qüruru isə gənc istedadların “We Are the Future” konserti olub.