Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 08:35

Rusiyadakı diaspor rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb, amma…

Yekaterinburqdakı məlum hadisələr fonunda saxlanılmış Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski dünən axşam saatlarında sərbəst buraxılıb. Bu barədə tezadlar.az- a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, Şahin Şıxlinski Rusiyanın Sverdlovski vilayət Polis İdarəsində dindirildikdən sonra sərbəst buraxılıb. Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, məlum hadisələrdə 2 azərbaycanlı öldürülmüş, ona yaxın şəxs isə saxlanılmışdır. Saxlanılanlara Rusiya FTX TƏRƏFİNDƏN İŞGƏNCƏLƏR VERİLMİŞDİR.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!