Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 21:40

Yekaterinburqda daha bir soydaşımız saxlanıldı- TƏCİLİ

Bu gün Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib. Tezadlar.az Ukrayna mefiasına istinadla bildirir ki, məhkəmənin mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar. İyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, istintaqın aparılmasını və bu yolverilməz zorakılıq aktının səbəbkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Sonra Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı ona sərt etiraz bildirilib.

İki ölkə arasında isə gərginlik siyasi- mədəni müstəvidə də davam etməkdədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!