Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.
Qeyd: Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.







