Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2025 / 08:56

ABŞ mediası Rusiya- Azərbaycan münasibətlərinin gərginləşməsindən yazıb

ABŞ- ın nüfuzlu nəşri olan “The New York Times” qəzeti də Rusiya-Azərbaycan münasibətləri ilə bağlı geniş məqalə təqdim edib. Sitat: “…Karnegi Mərkəzinin mütəxəssisi Zaur Şiriyev isə deyir ki, görünür, Rusiya Azərbaycanla da Belarusla olduğu kimi bir münasibət qurmaq istəyir. Yəni Azərbaycan Moskvadan asılı olmalıdır, siyasi loyallıq göstərməlidir və Rusiyanı böyük tərəfdaş kimi qəbul etməlidir: “Ancaq Azərbaycan özünü belə görmür. Azərbaycan təkcə Rusiya ilə deyil, Türkiyə kimi yaxın müttəfiqləri də daxil olmaqla hamı ilə bərabər, qarşılıqlı hörmətə söykənən münasibətlərə sahib olmaq istəyir”.
“Münasibətlər açıq şəkildə gərgin olsa da, hər iki tərəf hələ də çox uzağa getməmək üçün ehtiyatlı davranır”, – analitik Şiriyev bildirib. “Həmçinin Rusiya yaxşı bilir ki, Azərbaycan Türkiyə ilə sıx bağlıdır. Rusiyanın Bakı ilə əlaqələrinin pozulması Ankara ilə gərginliyə səbəb ola bilər”.
Bəli, Rusiyanın siyasi hakimiyyəti indi ayılıb ki, Azərbaycanla da SSRİ dövrünün qaydaları ilə davranmaq lazımdır. Çünki Rusiya bu niyyəti ilə ətraflndakı bütün ölkələrlə müharibə və soyuq münasibət həddindədir.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!