Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2025 / 13:04

YPX əməkdaşlarının çevik müdaxiləsi yanğının qarşısını alıb

Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib.

Baş Dövlət Yol Polisi İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, YPX əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı tövsiyə edir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!