Əsas məzmuna keç

Ukrayna qisas aldı: Rusiyada fişəng zavodu vuruldu-13 ölü, çoxsaylı yaralı var!

Artıq Rusiyanın sağ-salamat sənaye müəssisəsi və neftayırma zavodu da qalmayıb. Ötən gün Rusiya ordusunun Kiyevin mərkəzində Elmlər Akademiyasının binasını vurması nəticəsində iki alim ölmüş, bir neçə yaralı olmuşdu. Bu artıq o demək idi ki, rəsmi Moskva hərbi meydanda Ukraynanı məğlub edə bilmədiyindən mülki obyektləri raketlə vurur. Ukrayna ordusu isə qisas əməliyyatına başlayıb. “Ukrainskaya pravda” yazır ki, ötən gün 250-dən çox rus hərbçisi tələyə salınaraq əsir götürülüb, 1500 hərbçi öldürülüb. Bu gecə isə Rusiyanın Yaroslavl vilayətində fişəng zavodu vurulub, baş vermiş yanğında ölənlərin sayı 13 nəfərə çatıb. Bu barədə TASS Təcili Yardım Xidmətinə istinadən məlumat yayıb.

Müharibə isə davam edir…

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…