Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan və Rusiya arasında münaqişənin səbəbləri ilə bağlı 10 versiya səslənir.
Tezadlar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov mediaya açıqlamasında bildirib. Tezislər bunlardır:
“1. İnsan hüquqları. Yekaterinburqda insanların hüquqları pozulub. Bu, Bakının rəsmi versiyasıdır.
2. Çaşqınlıq. Bunun niyə belə olduğu aydın deyil. Bu, Moskvanın rəsmi versiyasıdır və ya versiyanın olmamasıdır.
3. Təyyarə. Rusiya təyyarənin vurulmasına görə (AZAL təyyarəsindən söhbət gedir – red.) üzr istəməyib.
4. Türk versiyası. Bütün bunlar Türkiyənin geosiyasi üstünlük uğrunda mübarizəsidir.
5. Britaniya versiyası. Qafqazda Fransa Ermənistanı, İngiltərə isə Azərbaycanı Rusiyadan qoparır. İngilis casusları hər yerdədir.
6. Talış versiyası. Bu, 2025-ci ilin martında Yekaterinburqdakı Azərbaycan diasporunun əli ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən Yekaterinburqda talış siyasətçinin həbsi ilə bağlıdır.
7. Kremençuq versiyası. Bütün bunlar Rusiya ordusunun Azərbaycan neftinin Odessa vasitəsilə emal olunduğu Kremençuqdakı neft emalı zavoduna gözlənilməz hücumu ilə bağlıdır.
8. Zəngəzur. Bu, Zəngəzur nəqliyyat dəhlizinə gələcək nəzarətin yenidən bölüşdürülməsidir.
9. Geosiyasi. Azərbaycan özünün yüksək geosiyasi statusunu təsdiqləyir.
10. Diaspor. Rusiyadakı Azərbaycan diasporunun nəhəng resurslarının yenidən bölüşdürülməsi. Burada bir çox alt variant var. Bu, xalq arasında ən çox yayılmış versiyadır – pulu bölürlər”.
Bəli, bəzi məsələlər var ki, Azərbaycanın atdığı addımlar rəsmi Kremlin əsəblərinə toxunur. Amma nəzərə almalıdırlar ki, Rusiya da yüz illərdir Azərbaycanın əsəblərini tarıma çəkib…
A.Məmmədli