Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2025 / 20:33

İran prezidenti türklərin müdafiəsinə qalxaraq deyib ki…- İNANILMAZ

 Sosial mediada İran prezidenti Məsud Pezeşkianın sensasion açıqlaması yayımlanıb. Tezadlar.az rəsmi mənbəə tapmasa da, prezidentin bu tezislərini təqdim edir:  “Bizim ölkədə bir ana dilində təhsil problemi var. Bunu təkzib etmək doğru deyil. İran Azərbaycanında özünü türk adlandıranlara qarşı qəzəblənmək lazım deyil. Bu adamların ana dili Türk dili, etnik mənsubiyyəti türkdür. Özlərini başqa cür adlandıra bilməzlər, qondarma adlar isə qəbuledilməzdir. Ana dilində təhsil İranın həm milli həm də beynəlxalq öhdəliyidir. Biz türk dilində təhsil məsələsinə xüsusi yanaşmalıyıq. Çünki bu İranın ayrılmaz parçası olan milyonlarla türkün ana dilidir… Türk dili Şəhriyarın danışdığı və yazdığı dildir. Bu dildə şeir deyərkən qəzəblənmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən dahi şəxsiyyətidir”.
Sosial mediada İran prezidentini İranın Qorbaçovu adlandırırlar…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!