5 İyul 2025 / 20:53

Ərdoğan Rusiya- Azərbaycan gərginliyindən danışıb

“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq”.  Tezadlar.az CNN- Türk-ə istinadla xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində belə deyib. Sutat: “Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür. Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!