6 İyul 2025 / 20:17

Prezident məhkum edilmiş bütün siyasətçilərə müraciət etdi

“Siyasətçilərin həbsxanada işi yoxdur, onlar ordakı məhbusları da yoldan çızaracaq…”.

Bu sözlər Leninə məxsusdur, belə eşitmişəm… Ötən gün isə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu cür qərar verib və məhkum olunmuş siyasətçilərə müraciət edərək onlara əfv üçün müraciət etməyi və seçkilərdə iştirak istəklərini rəsmən bildirməyi təklif edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o, belə müraciət olduğu halda, dərhal onların əfv olunması barədə akt imzalayacağını bildirib. “Üç aydan sonra, 2025-ci il oktyabrın 4-də yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Gürcüstan vətəndaşları 64 bələdiyyənin meri və bələdiyyə məclislərinin üzvlərini seçəcək. Vacibdir ki, bu seçkilərdə bütün qeydiyyatdan keçmiş siyasi partiyalar tam iştirak etsin və bərabər imkanlarla seçki kampaniyası aparsın”, – deyə Kavelaşvili qeyd edib. Onun sözlərinə görə, hazırda bir sıra siyasi partiyaların liderləri Gürcüstan qanunvericiliyinə əsasən azadlıqdan məhrumetmə cəzası çəkirlər. Bu səbəbdən prezident onları əfv üçün müraciət etməyə və eyni sənəddə seçkilərdə iştirak istəklərini təsdiqləməyə çağırıb. “Əgər bu cür müraciət daxil olarsa, dərhal əfv aktı verəcəyəm”, – deyə Kavelaşvili vurğulayıb.

Bəli, siyasətçilər bəzən çöldə olanda da çöldəkiləri yoldan çıxara bilir. Amma elə etmək olar ki, heç bu da baş verməsin…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!