7 İyul 2025 / 12:27

Türkiyə ordusu 12 şəhid verdi- TƏƏSSÜF

Ötən gün İraqın şimalındakı mağaraların birində əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı artıq 12-yə çatıb. Tezadlar.az Haber-Türk-ün canlı efirinə istinadla bildirir ki, bu dəqiqələrədək Türkiyə Milli Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib. Türkiyə milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birgə bölgəyə gedib. Hazırda zəhərlənmənin nədən baş verməsi araşdırılır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!