25 İyun 2021 / 10:36

ƏMƏKDAŞIMIZIN OĞLU İKİ MEDALLA TƏLTİF EDİLDİ

Qəzetimizin əməkdaşı Eldar Əzizlinin övladı Səfixanov Əziz Eldar oğlu (minomyotçu) Azərbaycan Respublikasının Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Təbrik edirik!

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!