9 İyul 2025 / 21:38

Sabah Əliyev və Paşinyan arasında mühüm görüş baş tutacaq

Sabah 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, görüş iki ölkə arasında davam edən sülh prosesi çərçivəsində baş tutacaq. Məlumata əsasən, İlham Əliyev və Nikol Paşinyan bu gün BƏƏ-yə yola düşəcək. Səfər çərçivəsində hər iki ölkə liderinin BƏƏ Prezidenti, Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla da görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Əliyev-Paşinyan görüşü sülh danışıqları baxımından növbəti vacib mərhələ hesab olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!