10 İyul 2025 / 10:47

Vəkil Ayazbəy Əhmədovun Bakı Apellyasiya Məhkəməsi sədrindən çarəsiz şikayəti

Vəkil yazlr: “Öncəki postumu oxuyan BAM hakimlərindən biri mənə zəng etdi və xeyli danışdıq. Anonimliyini qorumağımı xahiş etdi. Deyir: “Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov hakimlərə qayda qoyub: qərar verməzdən öncə müşavirə otağından zəng edib nəticəni onun özündən soruşmaq lazımdır. Məsləhət etmək yox, soruşmaq. O nə desə, həmin qərar verilməlidir. Xüsusilə cinayət kollegiyasında hakimlərin bütün işlərinə müdaxilə olunur. Bir sözlə BAM-da kazarma rejimi mövcuddur. Bunu siz vəkillər yazın paylaşın, bəlkə bir çarə qılındı”.
Dünən işə baxan hakim qərarı verəndən sonra hamı çıxdı, mən isə mantiyamı səliqə ilə bükürdüm deyə, bir qədər yubandım. Hakim bu vaxt ərzində zala qayıdıb dedi: “Ayazbəy müəllim, Vallah mən azad etmək istəyirdim, məndən asılı olmayan səbəblər oldu”.
Belə zülm olmaz! İnsanların taleyi ilə belə oynamaq olmaz! Vəkillərə belə hörmətsizlik olmaz! Hakimləri andlarını pozmağa məcbur etmək olmaz! Hakim sədrdən asılı olmamalıdır! Cinayət işlərinə çıxan vəkillərin əksəriyyəti razı olar ki, əksər qərarlar obyektiv olmur və müdaxilənin olduğunu hamımız başa düşürük. Hakimlərin işi çox maraqsız görünür: iclası aç, hüquq və vəzifələri səsləndir, vəsatətləri rədd et, istintaqsız keçir, çıxışları dinlə və hökmü qüvvədə saxla. Əziz həmkarlar, sizdə belə olmur?”.
Buna nə ad verəsən??? Sədr belə olanda hakimlər məhkəmələrdı at oynatmalı deyilmi?! Məhkəmə Hüquq Şurası isə…
Nə isə…
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!