Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasındahəyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarxhazırlandı.
Videoçarx XIX əsr Azərbaycan şairi, pedaqoq, maarifçi və tərcüməçiSeyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə əlaqədarAzərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanıb.
Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır.Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyətihaqqında məlumat verilir. Qeyd olunur ki, S.Ə.Şirvani 1869-cu ildəŞamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər buməktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şairM.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.
Seyid Əzim Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinədə uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində Füzuli ənənələrini davametdirmiş, satirik şeir və təmsillərində insanları maarifə və mədəniyyətəçağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli, F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət veriblər.
Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuşbölmə var.
Videoçarxda şairin bir neçə qəzəlləri və qəzəlinə yazılmış mahnısəsləndirilir.
Y.Məmmədli
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=2s