13 İyul 2025 / 09:55

Netanyahu İranı nüvə silahı ilə hədələdi

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran guya nüvə bombası yaratmağa və ondan yəhudi dövlətinə qarşı istifadə etməyə hazırdır. Tezadlar.az CNN- Türk- ə istinadla bilfirir ki,  “Fox News” telekanalı onun sözlərini yayımlayıb. Netanyahu iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “zənginləşdirilmiş uranla silahlanmağa” çalışır.

“Biz bunu gördük. Biz dedik ki, bir il sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Digər nüvə güclərindən fərqli olaraq, əslində ondan istifadə edib bizi Yer üzündən siləcəklər”, – Netanyahu bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!