14 İyul 2025 / 11:17

Ukraynada polkovniki öldürən ər-arvad güllələndi

Bir neçə gün öncə Kiyevdə güllələnən SBU-nun polkovniki İvan Voronicin qatilləri bu gün xüsusi əməliyyatla zərərsizləşdirilib. Tezadlar.az xatırladır ki, bu barədə Ukraynada yaşayan Anar Natiqoğlu özünün sosial media platformasında yazıb. Sitat: “…Təəsüf ki, cütlük rusiya FSB-sinin “verbovka” etdiyi Azərbaycan vətəndaşlarıdır. 1981-ci il təvəllüdlü Güləlizadə Xəqani və xanımı, 1991-ci il təvəllüdlü Quliyeva Nərmin. rusiya artıq çörək qazanmaq yeri deyil hörmətli soydaşlarımız. Aqoniyada olan imperiya qonşu xalqlara, dövlətlərə, bəşəriyyətə qarşı ölüm, terror mərkəzinə çevrilib. Tanrı Ukrayna dövlətini, xalqını, eləcə də rusiyanın hədəfində olan bütün xalqları qorusun! Slava Ukraine!!!”.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!