MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.
Bəs gələcəkdə nə olacaq?Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bioinformatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç olmasa, istiqamət var?Amma universitetlərimiz oturub illər sonra keçmişə baxır: “biz niyə geri qaldıq?” – çünki bu günü planlamadıq.Təhsil sistemi əmək bazarının arxasınca sürünür. Halbuki önündə getməli idi.Elm və Təhsil Nazirliyi bu məsələdə nə təhlil aparır, nə proqnoz verir, nə də ictimaiyyəti məlumatlandırır. Plan yoxdur. Strategiya yoxdur. Sadəcə köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar.Yalnız bir sual var:Əgər bu gənclər sabah işsiz qalacaqsa, bu gün onları niyə bu yola yönəldirik?
Təhsil gələcəyin planıdır, keçmişin vərdişi deyil. Bu sistem dəyişməzsə, dəyişən yalnız işsizlərin sayı olacaq”, – deyə bildirib.