Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın bəzi siyasiləri hələ də yegemonluq iddiasından əl çəkmir və Azərbaycan mənşəli insanlarla bağlı qanunsuz əməllərdən çəkinmirlər… Budur, bu gün Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski saxlanılıb.
Tezadlar.az e1.ru portalına istinadla xəbər verir ki, bu barədə yerli polis orqanlarından məlumat verilib. Sitat: “bizdə olan məlumat budur ki, Mütvəli iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”.
Mütvəli Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ dı məlum deyil.
E1.ru portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirməsi olub.
Təbii ki, bu da bir bəhanədir. Bəs FTX- NİN 2 NƏFƏRİ ÖLDÜRMƏSİNƏ, ONLARLA AZƏRBAYCANLININ DÖYÜLÜB HƏBS EDİLMƏSİNƏ görə kim məsuliyyət daşıyır?
A.Məmmədli