Əsas məzmuna keç

3 prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bu ilin altı ayında Bakı şəhərinin prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub. Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…