Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib. Tezadlar.az e1.ru- ya istinadla Bildirir ki, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Xatırladaq ki, bundan əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvalını iki ay müddətinə həbs edib. Buna səbəb iyulun 1-də “Baku Plaza” yaxınlığında baş verən vəziyyət olub. Həmin vaxt FTX əməkdaşları avtomobildə olan diaspor rəhbərinə hücum edib. Sükan arxasında olan Mutvalı hücumdan yayınmaq üçün maşını arxaya verəndə güc strukturu orqanın əməkdaşını vurub. O, məhkəmədə sağ tərəfində olan mühafizəçini görmədiyini və baş verənlərdən peşman olduğunu bildirib.
Qeyd dək ki, Rusiyada Azərbaycandan olan digər diaspor rəhbərlərinə qarşı da oxşar təzyiqlər başladılıb.
Elşad