Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məlum olur ki, Putin 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəsə razılaşmazsa və ya siyasi razılıq əldə olunmazsa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni ticarət rüsumları və sanksiyalar tətbiq edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib. Sitat: “Əgər bu müddət ərzində Rusiya danışıqlara getməzsə, onunla neft ticarəti aparan ölkələrə qarşı da sanksiyalar qüvvəyə minəcək. Bu isə, təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”.
Faktdır ki, ABŞ Prezidenti Donald Tramp bu müharibənin diplomatik yolla başa çatmasını istəyir. Amma Qərb dövlətləri də etiraf edir ki, Vladimir Putin nə yolla olur- olsun bu müharibədə siyasi və hərbi divident əldə etmək istəyir.