Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmiş və “Xəzər TV” televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan “Qonaqcanlı” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
TEZADLAR.AZ xəbər verir ki, qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?” sualına qonaq “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə…” məzmunda cavab verib.
Şura üzvləri məsələni ətarflı müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlmişlər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac vermişdir. Həmçinin, qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Sonda Audiovizual Şuranın üzvləri “Xəzər TV” televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmiş, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
Xatırladaq ki, proqramda aparıcının sualını cavablandırarkən lazımsız ifadələr işlədərək Xəzər TV-yə xəbərdarlıq “qazandıran” qonaq – Əməkdar artist Zakir Əliyev olub… 