MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mənim daha çox önəm verdiyim mövzular Azercell-in son 3 ildəki aqressiv tarif siyasəti və “1 manat=1 gün” prinsipi, dövlət şirkəti olmasından dolayı məsuliyyəti və hesabatlılığı, son illərdə texnologiya və innovasiyalarda geri qalması istiqamətində olub.
Görüşdə Azercell rəsmiləri son 4 ildə strateji planlama əsasında görülən işlər və gələcək planları barədə məlumat verdilər. Son illərdəki göstəricilərin dinamikasının müsbət olduğunu bildirdilər.Müzakirələrin gedişində ən ciddi və qarşılıqlı mövqelərin toqquşduğu mövzu tarif siyasəti və son illərdəki qiymət artımları oldu.Azercell-in son 3-4 ildə bir neçə dəfə həyata keçirdiyi aqressiv qiymət artımı, “aylıq” adı altında 28 günlük paketlər, köhnə sərfəli tariflərin taleyi, vətəndaşlara izah edilməyən texniki dəyişikliklər və s. ətrafında xeyli diskussiya oldu.Şirkət bu dəyişiklikləri beynəlxalq trendlərlə, rəqəmsal transformasiya ilə, istehlakçı davranışlarının dəyişməsi ilə əsaslandırdı. Amma biz də bunun aqressiv olması, dövlət şirkəti olması baxımından cəmiyyıtin gözləntisinin ferqli olması mövqeyində qaldıq. Azercell-in tarif siyasətində daha inklüziv yanaşmaya, sosial təbəqələri nəzərə alan modellərə və əsl müştəri yönümlü yanaşmaya ehtiyac duyulduğunu diqqətə çatdırdıq. Azercell dövlət şirkətinin vətəndaş cəmiyyəti və müstəqil ekspertlərlə dialoqa və əməkdaşlığa açıq olması baxımından görüş çox əhəmiyyətli oldu. Azercell rəhbərliyinin buna şərait yaratması təqdirəlayiqdir. Qarşılıqlı əməkdaşlığın yetərli olmadığının da fərqindəydilər.Görüşün sonunda şirkət gələcəkdə məsləhətləşmələrə, ictimai dialoqa və əməkdaşlığa daha çox önəm verəcəyini bildirdi.
Xatırladıram ki, Azercell 51.3%-i dövlətə məxsus olan, hazırda əsas təsisçisi AzİnTelecom olmaqla AZCON Holdinqin tərkibində olan bir dövlət şirkətidir”, – Osman Gündüz vurğulayıb.