Tanınmış jurnalist Sevinc Telmanqızı maraqlı status paylaşıb. Duzu, istiotu, tənqidi, ironiyası, sarkazmı da öz yerində.
“Təzadlar”ın oxucuları üçün də maraqlı olar deyə, təqdim edirik:
“Jurnalistikadan başqa hər işlə məşğuıdur, amma hər ilin bu ərəfəsində bütün media tədbirlərində görünür. Harda aş, orda baş! Elə yekə-yekə danışır ki, deyərsən, Zərdabinin müəllimi olub, “Əkinçi”nin ilk nömrəsini də bu ərsəyə gətirib. Halbuki bir yadda qalan yazısı, videomaterialı, müsahibəsi….yoxdu. Münasibət, əlaqə qurmaqla jurnalist olmağın fərqini bilmirlər, amma mediadan dəm vururlar. Kişinin (kişinin qızının) geniş çevrəsi varmış, bütün səfərlərə özünü sala bilirmiş, hamının nömrəsi də bunda varmış, hamıyla da salaməleyk edirmiş. Pəh)))… Ay Ağsaqqal(ağbirçək), sənin hazırda gördüyün iş jurnalistika deyil e, PR menecerlikdir, reklam menecerliyidir, saytdan yazı çıxartdırmaqdı, dövlət idarələrinin səhər yeməyinə gedib selfi çəkdirməkdi, press reliz yaymaqdı, hamıya yaltaqlanmaqdı… Amma jurnalistika döy, vallah o döy

Jurnalistikada tənqidçilik var, təftişçilik var, kəsərli söz var… Eh, nəəm eee, kimə deyirsən? Səni tusovka jurnalisti, səni… Deyirəm, görəsən bunlar özlərini jurnalist hesab edirlərsə, gerçək jurnalistika ilə məşğul olanlara, mediaya yön verənlərə nə deyək, onları necə adlandıraq?

“.
Sitatın sonu…